UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Makkabi” (İsrail, Hayfa) – “Sabah” oyununa cəmi 300 bilet satılıb.
Bu barədə Ulusal.az-a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Qarşılaşma neytral meydanda – Macarıstanda baş tutacağı üçün ajiotaj olmayacaq.
Görüşün keçiriləcəyi “Varkert” stadionunda 40-a yaxın azərbaycanlı azarkeş “Sabah”ı qələbəyə səsləyəcək.
Qeyd edək ki, bu gün gerçəkləşəcək “Makkabi” – “Sabah” matçının start fiti saat 21:15-da səslənəcək.