“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Yurqorden”də çıxış edən komandanın sabiq futbolçusu Musa Qurbanlının Ağdam təmsilçisinə mümkün qayıdışını şərh edib.
Ulusal.az xəbər verir ki, o, Avropa Liqasının 1/8 finalında “Bayer”lə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında bununla bağlı deyib:
“Hazırda yeni hücumçu haqda düşünmürük. Komandada yetərincə futbolçu var.
Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər” /sportinfo.az/ .