image-rt-reklam
image-1backend

“Qarabağ”ın futbolçusu: Bu komandaya hörmət edin – FOTO

image-728x90

“Qarabağ”ın futbolçusu Kevin Medina Bolqarıstanda “Ludoqorets”ə əlavə vaxtda 7:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçını dəyərləndirib.

Ulusal.az  xəbər edir ki, “Report”un məlumatına görə, 31 yaşlı müdafiəçi şəxsi instaqram hesabında paylaşım edib.

Komanda ilə birlikdə fotosunu yayımlayan kolumbiyalı oyunçu “Bu komandaya hörmət edin” yazıb.

Qeyd edək ki, “Ludoqorets” Bakıdakı ilk görüşdə 2:1 hesabı ilə qalib gəlib. Azərbaycan çempionu pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələcək. “Köhlən atlar” ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90