image-2000x150
image-teybackend

“Qarabağ”ın Almaniyadakı matçını məşhur hakim idarə edəcək

image-728x90

Avropa Liqasının 1/8 finalında keçiriləcək “Bayer” – “Qarabağ” cavab oyununa hakim təyinatları açıqlanıb.

Ulusal.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İngiltərə Futbol Federasiyasından Entoni Teylor idarə edəcək.

Ona həmyerliləri Qari Besuik və Adam Nann köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.

Qeyd edək ki, martın 14-ü keçiriləcək “Bayer” – “Qarabağ” görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90