“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda İsveçdə “Elfsborq”un qonağı olub.
Boras şəhərindəki eyniadlı stadionda gerçəkləşən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 57-ci dəqiqədə Ahmed Qasım vurub.
Qeyd edək ki, aktivində 3 xalı olan “Qarabağ” turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb. “Elfsborq” isə 7 xalla 24-cüdür. Azərbaycan təmsilçisi növbəti oyununu 2025-cü il yanvarın 23-də Bakıda Rumıniyanın FKSB kollektivinə qarşı keçirəcək.