Pakistanın şimal-qərbində hərbi baza və sağlamlıq mərkəzinə iki ayrı silahlı hücum təşkil edilib.
Ulusal.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10-u hərbçi olmaqla, 28 nəfər həlak olub.
Pakistan ordusunun insidentlə bağlı yaydığı açıqlamada həlak olanlar arasında tibb bacıları və uşaqların da olduğu bildirilib.
Hər iki hücumun ölkənin Əfqanıstanla sərhədinin şimal-qərb hissəsində qərarlaşan silahlı radikal dini qrupların yenidən fəallaşmaları ilə eyni vaxta təsadüf etdiyi qeyd olunub.