image-rt-reklam
image-onanabackend

Onana Türkiyə nəhənginə keçməyə razılıq verdi

image-728x90

“Mançester Yunayted”in qapıçısı Andre Onana karyerasını “Trabzonspor”da davam etdirəcək.

Ulusal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, 29 yaşlı kamerunlu qolkiper icarə əsasında transferə razılıq verib. Müqavilədə satınalma bəndi nəzərdə tutulmayıb. Daha əvvəl klub rəhbərliklərinin razılıq əldə etdiyi, yalnız oyunçunun qərarının gözlənildiyi bildirilmişdi.

Onana 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir. Bu müddətdə o, 102 matçda meydana çıxıb, 150 qol buraxıb və 24 görüşü qapısını toxunulmaz saxlayıb. Cari mövsümdə qapıçı İngiltərə Liqa Kubokunda bir oyunda iştirak edib və 2 qol buraxıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90