image-rt-reklam
image-1backend

Millət vəkili: “Avropanın bir çox ölkəsi Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır”

image-728x90

“Hər bir əməkdaşlıq özü ilə dostluq gətirir”

“Azərbaycana yönəlik addımları məhz dostlarımız vasitəsi ilə neytrallaşdırdıq”

“Azərbaycan qlobal və regional siyasətdə yedəkdə gedən yox, əksinə, irəlidə gedən təşəbbüskar dövlətdir”

“Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan artıq 12 ölkəyə qaz ixrac edir ki, onlardan 10-u Avropa, 2-si isə qonşu ölkələrdir”.

Bu barədə “Sherg.az”a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.

Deputat vurğulayıb ki, neft-qaza, təbii resurslara malik olmaq o demək deyil ki, onlardan lazımi şəkildə istifadə edə bilərsən:

“Əgər biz zamanında qazın, neftin ixrac kəmərlərini inşa etməsəydik, iri tutumlu, milyardlarla vəsait tələb edən neft-qaz kəmərləri inşa olunmasaydı, bugün neft-qazımızı necə, hara ixrac edəcəkdik? Mərkəzi Asiya regionundakı, qardaş türk cümhuriyyətlərindəki vəziyyət bəllidir. Türkmənistandan sadəcə bir kəmər Çinə gedir. O da vaxtı ilə türkmən xalqı üçün qeyri-uyğun şərtlərlə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir. Amma Azərbaycanın Avropaya qaz ixracı şaxələnib. Bu o deməkdir ki, Avropanın bir çox ölkələri Azərbaycanla iqtisadi əməkdaşlığa hazırdır və siyasi cəhətdən Azərbaycana dəstək verirlər. Hər bir əməkdaşlıq özü ilə dostluq gətirir. Son illərdə, ələlxüsus 44 günlük müharibədən sonra böyük güclərin beynəlxalq platformalarda Azərbaycana yönəlik düşmən mövqelərini məhz qazandığımız dostlarımız vasitəsi ilə neytrallaşdırdıq. Bu faktdır ki, az qala bizim əleyhimizə BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul olunacaqdı, sanksiyalar tətbiq ediləcəkdi. Bütün bunları öz resurslarımız və düzgün aparılan siyasət nəticəsində dəf etdik”.

Parlament üzvü vurğulayıb ki, 44 günlük müharibədə qazandığımız Zəfərdən sonra Azərbaycanın potensialı dünyaya daha geniş şəkildə açıldı:
“Biz Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirləri çərçivəsində dünya liderlərinin, dövlət başçılarının Azərbaycana gəlişi, Bakıya olan yüksək inam və etibar, bizimlə əməkdaşlığa can atması göstərir ki, Azərbaycanın siyasi-iqtisadi potensialı daha da genişdir. Azərbaycan artıq həm qlobal, həm də regional siyasətdə yedəkdə gedən dövlət deyil. Əksinə, irəlidə gedən təşəbbüskar dövlətdir. Heç kimə sirr deyil ki, Azərbaycan lideri İlham Əliyevin dünya üzrə reytinqi hansı səviyyədədir. Xatırlayıram ki, Serbiya kimi dövlətin prezidenti deyirdi ki, “Avropa liderləri İlham Əliyevlə görüşmək üçün növbəyə dayanıblar”. Məhz bunun özü göstərir ki, həmin ölkələr Azərbaycandan daha çox asılıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90