image-2000x150
image-rza_almbay_20231111_-croppedbackend

Məşhur məşqçi millimizin sükanı arxasına keçir

image-728x90

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Türkiyəli mütəxəssis Rza Çalımbay ola bilər.

Ulusal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məşqçi “Sabah” qəzetinə müsahibəsində deyib. Məşqçi bildirib ki, Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə hazırdır:

“Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığması ilə çalışmağa müsbət baxaram”.

Xatırladaq ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boş qalıb. Rıza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” klubu ilə işləyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90