image-rt-reklam
image-1backend

“Mançester Siti“ 7 futbolçunu satmağa qərar verdi – ADLAR

image-728x90

“Mançester Siti” rəhbərliyi və baş məşqçisi Xosep Qvardiola bu yay komandada kütləvi təmizləmə aparmağı qərara alıb.

Fanat.Az xəbər verir ki, məlumatı “Daily Star” yayıb.

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi eyni anda 7 futbolçunu satmağı planlaşdırır. Kevin De Bröyne, Bernardu Silva, İlkay Gündoğan, Mateo Kovaçiç, Con Stones, Ederson və Cek Qrilişin cari mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Qvardiolanın bu qış heyətə cəlb olunan yeni transferlərə – Niko Qonsales, Abdukodir Xusanov, Ömər Marmuş və Vitor Reysə daha çox oynamaq şansı vermək istədiyi bildirilir.

Qeyd edək ki, “Mançester Siti” ÇL-in pley-off mərhələsinin hər iki oyununda “Real”a uduzaraq (2:3, 1:3) avrokubok mübarizəsini erkən başa vurub.

Qvardiolanın komandası hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində dördüncü yerdədir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90