“Cəlilabad rayonunda 5 641 abonenti olan 63 kəndin, eləcə də Cəlilabad və Göytəpə şəhərlərində 218 abonenti olan yeni yaşayış massivlərinin qazlaşdırılması problemi hələ də qalmaqdadır”.
Ulusal.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Malik Həsənov deyib.
“Rayondakı digər problem isə təhsillə bağlıdır. Təhsil infrastrukturun yenilənməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirilsə də, bu gün rayonda fəaliyyət göstərən 127 məktəbin 49-u qəzalı və istismara yararsızdır. Həmin məktəblər üçün yeni binaların tikintisi və yaxud mövcud binaların əsaslı bərpası vacibdir”, – deyə o, əlavə edib.