“Nürnberq”in idarə heyətinin üzvü Joti Çatzialexiu komandadan ayrılmaq ehtimalı olan Mahir Emrelinin Cənubi Koreyanın “Seul” klubuna mümkün transfer ilə bağlı açıqlama verib.
Ulusal.az xəbər verir ki, klub rəsmisi “Bild” nəşrinə açıqlamasında təklif gəlməyəcəyi halda, onun komandada qalacağını bildirib:
“Mahir məşqlərə qayıdıb. Daha məşqdən kənarlaşdırılmayacaq. Mən də onunla bu məsələni müzakirə etmişəm. Biz heç bir təzyiq altında deyilik. Cənubi Koreya klubunun bizimlə yenidən əlaqə saxlayıb-saxlamayacağını bilmirik. Bu, olmasa, onda Mahir komandada oynamağa davam edəcək və ümid edirəm ki, qollarını vuracaq”.