Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni klubu bəlli olub.
“Dinamo Zaqreb”dən ayrılmağa qərar verən futbolçumuz karyerasını Almaniyanın 2-ci Bundesliqasında davam etdirəcək.
Mahir “Nürnberq”lə razılığa gəlib. Onun hazırda düşərgəsində olduğu klubla müqavilənin şərtlərini razılaşdırmağa çalışdığı bildirilir. Emrelinin Azərbaycana dönəcəyi, onun “Qarabağ” və “Neftçi”dən birinə keçəcəyi xəbər verilsə də, forvard karyerasını legioner kimi davam etdirməyə qərar verib.
Qeyd edək ki, Almaniyanın köklü klublarından olan “Nürnberq”i hazırda bu ölkənin əfsanələrindən sayılan Miroslav Kloze çalışdırır./Fanat.az