UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün “Zirə” ilə qarşılaşacaq Slovakiyanın “DAK 1904” klubu “Dalğa Arena”da dəstəksiz qalmayacaq.
Bunu Ulusal.az-a açıqlamasında “Zirə”nin mətbuat katibi Elmar Abdullazadə deyib.
Klub rəsmisi Slovakiya klubunun Bakıya azarkeş və jurnalistlərlə səfər etdiyini söyləyib:
“Özləri ilə 50-yə yaxın azarkeş gətiriblər. Əlavə 5-6 nəfər də jurnalist olmalıdır”.
Qeyd edək ki, “Zirə” – “DAK 1904” görüşü bu gün, saat 20:30-da start götürəcək.