image-2000x150
image-1backend

İspaniya La Liqası: “Real Madrid” doğma meydanda qəzəbə qazanıb

image-728x90

Futbol üzrə İspaniya La Liqasında 30-cu turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, “Real Madrid” doğma meydanda “Atletik Bilbao” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 8-ci və 73-cü dəqiqələrdə Rodriqo vurub.

Günün digər oyunlarında “Real Sosyedad” “Alaves”ə 1:0, “Jirona” “Real Betis”ə 3:2 hesabı ilə qalib gəlib. “Selta Viqo” – “Rayo Valyekano” görüşündə isə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra “Real Madrid” 75 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” 67 xalla ikinci, “Jirona” isə 65 xalla üçüncü pillədə qərarlaşıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90