image-rt-reklam
image-2backend

“İnter”in 38 milyona aldığı məşhur futbolçu Azərbaycan klubuna keçə bilər

image-728x90

“Raya Naynqqolanın Azərbaycana gəlmək ehtimalı hələlik 50 faizdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Karvan” klubunun baş məşqçisi Kənan Kərimov deyib.

Belçika millisinin sabiq ulduzu Raya Naynqqolan karyerasını Azərbaycanda davam etdirə bilər. İtaliya nəhəngləri – “Roma” və “İnter”də çıxış etmiş yarımmüdafiəçi menecerlər vasitəsilə Birinci Liqada çıxış edən Yevlax təmsilçisinə təklif olunub.
Kənan Kərimov bildirib ki, bu transferə isti yanaşırlar. Buna görə tərəflər arasında ilkin danışıqlar olub. Futbolçunun maddi şərtləri öyrənilib.

“Təklif bizə futbolçunun menecerindən gəlib. “Karvan”ın birinci yerdə getməsi və Premyer Liqaya iddialı olması Raya Naynqqolanın diqqətini çəkib. Agenti ilə söhbətlərdə hiss edirik ki, futbolçunun özü də burada oynamaqda maraqlıdır. Müəyyən şərtlər var ki, biz onları razılaşdırmalıyıq. Tam detalları açıqlaya bilmərəm. Sadəcə, onu əlavə edə bilərəm ki, belçikalı yarımmüdafiəçi klubumuzun vəziyyətindən, məqsədlərindən yetərincə məlumatlıdır”, deyə Kənan Kərimov bildirib.

Qeyd edək ki, 2014-cü ildə “Kalyari”dən 15 milyon avroya aldığı Naynqqolanı 4 il sonra “İnter”ə 38 milyon avroya satmışdı. Son olaraq ötən mövsüm İndoneziya təmsilçisi “Bayanqkara”da çıxış edən futbolçu klub karyerası ərzində 318 oyuna çıxıb, 70 qol vurub və 60 məhsuldar ötürmə edib. 2009-2018-ci illərdə Belçika millisində 30 oyun keçirərək, 6 qola iomza atıb. 36 yaşlı yarımmüdafiəçi İtaliya və Belçika çempionu olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90