image-2000x150
image-2backend

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

image-728x90

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Bakcell” mobil rabitə şirkəti arasında əldə edilmiş razılığa əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkün ailələrin gündəlik problemlərinin həllinin rahatlaşdırılması məqsədi ilə birgə layihənin həyata keçirilməsinə başlanılıb.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, “Bakcell” mobil rabitə şirkəti aprelin 22-23-də Füzuli şəhərinə köçürülən ailələrə ödənişsiz danışıq üçün sim-kart hədiyyə edib.

Dövlət Komitəsi bildirir ki, ilkin mərhələdə 78 ailə ödənişsiz danışıq imkanından istifadə edəcək. Hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunub. Həmin sim-kartlardan istifadə edən keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışa biləcəklər. Sonradan bu sim-kartların sayının keçmiş məcburi köçkünlərin istəyi ilə artırılması da planlaşdırılıb.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə daha əvvəl köçürülmüş vətəndaşlara da “Bakcell”in ödənişsiz danışıq üçün sim-kartlarının paylanması nəzərdə tutulur.

image-3image-2

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90