image-rt-reklam
image-1backend

Fransa – Azərbaycan oyununu norveçli hakim idarə edəcək

image-728x90

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa – Azərbaycan oyunun norveçli hakim idarə edəcək.

Baş hakim Rohit Saqqi olacaq. Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcək. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.

VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90