image-rt-reklam
image-1backend

Dünya real təhlükə ilə üz-üzə: Demoqrafik vəziyyət ağırlaşır – Azərbaycanı nə gözləyir?

image-728x90

Hazırda bir çox ölkələrdə doğum nisbətləri sürətlə aşağı düşür. Ekspertlər bunu iqtisadi, sosial və geosiyasi səbəblərlə əlaqələndirirlər. İddia edirlər ki, tezliklə qlobal məhsuldarlıq səviyyəsi əhalini sabit saxlamaq üçün lazım olan normadan aşağı düşəcək.

Məlumdur ki, doğuş nisbətlərinin azalması həyat tərzinə və iqtisadiyyatın böyüməsinə böyük təsir göstərir. Buna görə də bir çox dünya liderləri bunu milli aktual məsələ kimi görürlər. Onlar azalan işçi qüvvəsi, iqtisadi inkişafın ləngiməsi və getdikcə daha azuşaqlı cəmiyyətdən narahatdırlar.

Azərbaycana gəlincə, ölkəmizdə 14 yaşınadək uşaqların sayı 2 milyon 216 min nəfərdir. Ötən il uşaqların sayı 2022-cü il ilə müqayisədə 36 min nəfər azalıb. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının hesbatına görə, artıq dünyada yetərincə uşaq doğulmur. Bəzi demoqraflar düşünürlər ki, dünya əhalisi 40 il ərzində azalmağa başlaya bilər. Hətta bəzi ölkələr qocalmış sayılır.

Bununla bağlı millət vəkili Fazil Mustafa  açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda demoqrafik vəziyyət həddən artıq ağırdır:

“Bu da onu göstərir ki, bizdə planlama məsələsində problem var. Son statistika onu göstərir ki, bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Demoqrafik vəziyyətə arxayın olmaq lazım deyil. Artıq bu problem bizə də doğru gəlməkdədir. Burada əsas səbəblərdən biri işsizlikdir. Çünki insanların ev və iş şəraiti olmadığına görə daha erkən vaxtlarda evlənə bilmirlər. Yaxud bir çox şəxslər köçüb, xaricə gedir. Orada özləri üçün daha yaxşı həyat qururlar.

Ona görə də problemlər hamısı buradan qaynaqlanır. Odur ki, qeyd olunan problemlərin kökünü araşdırıb, onu həll eləməyə çalışmalıyıq. Hər halda qocalma prosesi sürətlə gedir. Bu, gələcək nəsillərin də müəyyən dərəcədə azalmasına səbəb olacaq. Bu istiqamətdə düşünüb, konkret dövlət proqramı həyata keçirib, addımlar atmalıyıq”.

Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, hazırda dünyada təbii artımda enmə dinamikası hiss olunur:

“Bunun bir çox səbəbləri var. Təbii artımda enmədən ən çox əziyyət çəkən Avropa ölkələridir. Həmin ölkələrdə mexaniki artım var. Bu da miqrantların sayının çoxalması deməkdir. Afrika ölkələrinə baxdıqda isə onlarda təbii artım yaxşı səviyyədədir. Necə deyərlər, kasıbın nəyi olmasa da uşağdan bol olar. Azərbaycana gəlincə isə SSRİ dövrünə qədər ölkəmizdə artım dinamikası olduqca yaxşı idi. Yəni, ən az bir ailədə 6 uşaq var idi. Uşaq pulu burada böyük faktordur. Azərbaycanda hələ o zaman çoxuşaqlı ailələr sanki yarışda idi. Zaman keçdikcə bu kəmiyyət keyfiyyətlə dəyişdirildi. İnsanların mədəni səviyyədə artması demokrafiyaya təsir etdi. Buradakı incə xətt sanki görülmədi. Son 22 ilin statistikasına nəzər yetirsək görərik ki, ahılların sayı 99,4 faiz, əhalinin sayı isə 26,44 faiz artıb”.

Sosioloq diqqətə çatdırıb ki, artıq ölkəmizdə də təbii artım dinamikası olduqca aşağıdır:

“Əhalinin qocalmasına meyillilik var. Beynəlxalq standartlara əsasən ölkə əhalisinin sayında ahılların sayı 8 faizidirsə, həmin əhali qocalmış sayılır. Azərbaycanda ahıl yaşı 65 yox, 70 sayılır. 65 yaş sayılarsa, bu faiz bizdə 10,8 faiz təşkil edir. 70 yaşa gəldikdə isə bu göstərici 7-8 faiz təşkil edir. Azərbaycan əhalisi artıq qocalmaya doğru gedir. Təbii artım olmasa bizdə də Avropa ölkələri kimi mexaniki artım baş verə bilər. Mexaniki artımın müxtəlif fəsadları var. Bunlar da genofond və əmək bazarıdır. Bir sözlə, ölkədə doğum statistikasını artırmaq istəyiriksə, ilk növbədə regionları diqqətdə saxlamalıyıq. Çünki təbii artım daha çox regionlarda olur. Boşanmalar, işsizlik və abort birbaşa təbii artıma əngəldir. Bu səbəbdən də əhalinin yaşayış səviyyəsini artırmaq, digər ölkələrin təcrübələrinə baxmaq lazımdır. Müxtəlif fond və yardımlar olmalıdır. 10 il öncə Azərbaycanda gənclər ölkə əhalisinin 29-30 faizini təşkil edirdi. Hazırda isə həmin göstərici 20-21 faizdir. Bu da ölkədə gənclərin sayının aşağı düşməsi, yaşlıların çoxalması deməkdir. Eyniylə yeni doğulanların sayı azdır. Təbii artım üçün müxtəlif yollar, dünya təcrübələri mövcuddur. Bunun üçün müəyyən qurumlarda müvafiq işlər aparmalıdırlar”.

Bəzi hökumətlər bu tənəzzülün qarşısını almaq üçün proqramlar işə salıbar, lakin indiyə qədər çox da irəliləyiş əldə olunmayıb. Pensilvaniya Universitetində demoqrafiya üzrə ixtisaslaşmış iqtisadçı Jesus Fernandez Villaverde düşünür ki, qlobal məhsuldarlıq keçən il 2,1 ilə 2,2 arasında azalıb. Bu isə bəşər tarixində ilk dəfə olaraq qlobal əhali artımından aşağı olacaq.

Onu da nəzərinizə çatdıraq ki, tarixçilər sənayeləşən ölkələrdə 18-ci əsrdə başlayan məhsuldarlığın azalmasını demoqrafik keçid adlandırırlar. Uşaq dünyaya gətirmək istəyi azalıb. Qadınlar daha yaxşı təhsil aldıqca evliliyi və doğumu gecikdirdilər, nəticədə daha az uşaq dünyaya gəlir.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90