image-2000x150
image-bez-nazvaniyabackend

Dövlət Bayrağı Gününə sevgi

image-728x90

Dövlət bayrağı müstəqil dövlətin atributlarındandır.

Tarix təsdiqləyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb,  1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq edəndən sonra bu bayraaq rəsmi atribut olaraq tarixdən çıxdı. Lakin müvəqqəti. Xalq azadlığı uğrunda mübarizəni tarixə təhvil verməyəcəkdi. Bu mübarizə ötən əsrin sonlarında daha da genişləndi. İmperiya dövləti ilhaq etmişdi, xalqın mübarizə əzmini ilhaq etməyə qətiyyən gücü çatmazdı. Həm də Azərbaycan xalqı kimi mübariz bir xalqın mübarizə əzmini!

Azərbaycanda milli azadlıq hərəkatı siyasi qadağalara məhəl qoymadan ruhun tələbləri səviyyəsinə yüksəldi. Onda üçrəngli bayrağımız Meydanda dalğalanmağa başladı. Xalq dalğa­lan­dırdı. Dünya ictimaiyyəti də, ADR-i ilhaq etmiş imperiya da gördü və əmin oldu ki, Azər­bay­can azadlığının mücahididir. 70 il ruhunda yaşatdığı bayrağa sevgisi xalqın mübarizə əzminni haləsi idi…

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi…

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldır­dı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi.  Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikirlər gənclərin də, yeni­yet­mələrin də həyat amalının işığıdır: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bi­zim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdik­dən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətən­daş­ları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cüm­hu­riyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Dövlət bayrağımızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə böyük qürurla dalğalandırdı. Hamı, hamı əmin oldu ki. Azərbaycanın dövlət bayrağı heç zaman ucalıqlardan enməyəcək! Bu əmin­lik həm də 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə sevginin əmin­li­yidir…

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90