image-2000x150
image-1backend

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNDƏ 21 FEVRAL – BEYNƏLXALQ ANA DİLİ GÜNÜ MÜNASİBƏTİLƏ TOPLANTI KEÇİRİLİB

image-728x90
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.
Heydər Əliyev
Ümummilli Lider
Fevralın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunan “Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında kargüzarlıq işlərin aparılmasına məsul şəxslər və Azərbaycan dili müəllimləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
RİHB-nin müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov giriş nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dili qarşısında böyük xidmətlərindən, ana dilimizin yad təsirlərdən qorunmasının vacibliyindən, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsinin önəmindən, dilimizin dövlət statuslu dillər arasında olmasından və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət-dil siyasətindən danışıb. Onu da bildirib ki, keçirilən tədbir həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.2.3-cü bəndinin icrası məqsədi daşıyır.
Çıxışlarda vurğulanıb ki, dil xalqın ən böyük sərvəti, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitədir. Azərbaycan dilinin qorunmasında, dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi olaraq vurğulayan natiqlər, 1995-ci il noyabrın 12-də qəbul olunan müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapdığını diqqətə çatdırıblar. Qeyd olunub ki, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, “Dövlət dili haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” fərman və sərəncamlar ana dilimizin zənginləşdirilməsi, təkmilləşdirilməsi və qorunması istiqamətində mühüm rol oynayıb. Ulu Öndərimizin ana dilimizin saflığı, zamanın tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi ənənəsi Prezident cənab İlham Əliyevin siyasətində də öz parlaq ifadəsini tapıb. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ana dilimizin qorunmasına hər birimiz prioritet bir vəzifə kimi yanaşmalı, dilə yad elementlərin daxil olmasına yol verməməliyik.
Müzakirə şəraitində davam edən dəyirmi masada Azərbaycan dili müəllimləri Azərbaycan dilinin orfoqrafiya, orfoepiya norma və qaydalarında tətbiq olunmuş son yeniliklər, işgüzar üslubun imkanları barədə ətrafı məlumat veriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
image-1 image-2 image-3 image-4
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90