Almaniya Futbol Liqası (DFL) 2025-ci ildən 2029-cu ilə qədər media hüquqlarının satışı ilə bağlı “Sky” və DAZN ilə danışıqları uğurla başa çatdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı “Іnvesting” yayıb.
Yeni müqavilə Bundesliqa və Bundesliqa-2 klublarına mövsümdə 1,121 milyard avro sabit gəlir təmin edəcək. Bu o deməkdir ki, dörd il ərzində liqanın ümumi gəliri əvvəlki dövrlə müqayisədə 2 faiz artaraq 4,484 milyard avro olacaq.
Bu, Bundesliqanı Avropanın ən yaxşı liqaları arasında televiziya müqavilələri baxımından ikinci ən gəlirli liqa edib. Almaniya çempionatı yalnız İngiltərə Premyer Liqasından geri qalır.