image-rt-reklam
image-1backend

“Borussiya” finalda uduzsa, “Real”dan bu qədər pul alacaq

image-728x90

Dortmund “Borussiya” UEFA Çempionlar Liqasının finalında “Real”a uduzarsa, Madrid klubundan təqribən 5 milyon avro ödəniş alacaq.

Buna səbəb yarımmüdafiəçi Cud Bellinqemin İspaniya klubuna transferi zamanı imzalanan müqavilədəki bonus maddəsidir. “Real” qitənin bir nömrəli klub turnirini qazanarsa, dortmundlulara məhz sözügedən məbləğdə ödəniş edəcəklər.

Ümumilikdə Bellinqemin “Real”a transferinə görə Almaniya klubunun ala biləcəyi mümkün bonus məbləği 30,9 milyon avro ola bilər. Əsas keçidə görə “kral klubu” 103 milyon avro ödəyib. Amma bonuslarla ümumi xərc 134 milyona çata bilər.

Xatırladaq ki, “Real” və “Borussiya” iyunun 1-də UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90