image-rt-reklam
image-downloadbackend

Belçikada 4 günlük iş sistemi:  Avropa yeni iş qrafikinə keçir  

image-728x90

Noyabrın 20-dən etibarən Belçikada işçilər həftədə 5 gün əvəzinə 4 gün işləməsini nəzərdə tutan yeni qaydanın tətbiqinə başlayır. Ulusal.az xəbər verir ki,  yeni nizamnaməyə görə, işçilər 4 gün işləsələr də maaşlarında heç bir dəyişiklik olmayacaq.

4 gün işləyib-işləməyəcəyinə işçilər özləri qərar verəcəklər. Ancaq yeni sistemdə iş saatları azalmayacaq.

Qanuna görə, şəxsin 4 gün işləmək tələbi işdən çıxarılma və ya işinə xitam verilməsi üçün əsas sayılmayacaq. Maaş və sosial müavinətlər dəyişməz qaldığı halda, gündəlik yemək və yol pullarının sayında dəyişiklik ola bilər. Digər tərəfdən, yeni tənzimləmədə işçilər istəsələr, gecə saatlarında işlə bağlı telefonlara və ya elektron məktublara cavab verməyəcəklər.

Dörd günlük iş rejimi koronavirus epidemiyası ilə yenidən gündəmə gəldi. Avropadakı bir çox həmkarlar ittifaqı hökumətləri dörd günlük iş qaydasını tətbiq etməyə çağırsa da, digər Avropa ölkələri, eləcə də Belçika məsələni müzakirə etməyə başladı. İngiltərə, Şotlandiya və İslandiyanın bəzi şirkətlərində həftədə 4 gün keçirilən sınaqların effektivlik baxımından uğurlu olduğu açıqlayıb.

İngilis millət vəkili Peter Dowd keçən həftə verdiyi açıqlamada, dörd günlük işin qanuni olması üçün qanun layihəsi təqdim etməyə qərar verdiyini söylədi. İyun ayında İngiltərədə həftədə 4 iş gününə keçid üçün dünyanın ən böyük pilotu lahiyəsinə start verilib. Ölkə üzrə 70 şirkətdə 3300-dən çox əməkdaşın iştirakı ilə təşkil edilən pilot tətbiqetmə 6 ay davam edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90