image-rt-reklam
image-7backend

Bakı-Qazax yolunun 130 km-lik hissəsinin genişləndirilməsi yekunlaşmaqdadır

image-728x90

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsini yekunlaşdırmaqdadır.

Ulusal.az bu barədə agentliyə istinadən xəbər verir.

Layihəyə əsasən torpaq yatağının ümumi eni 27,5 metrdir. Yol hər birinin eni 3,75 metr olmaqla 4 hərəkət zolağından ibarətdir.

Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 Lot üzrə icra olunur. 1 və 2-ci Lot, həmçinin 3-cü Lot-un bir hissəsi üzrə tikinti işləri artıq yekunlaşıb və ötən iliavqust ayının 7-də Prezident İlham Əliyev yolun ümumi uzunluğu 102 kilometr olan sözügedən Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 alt keçid, 19 qovşaq və 17 (36 ədəd) körpünün tikintisi də başa çatdırılıb.

Hazırda tikinti işləri magistralın 28 km-lik Qazaxbəyli-Gürcüstan sərhədi hissəsində, yəni layihənin 102.2-130.15-ci km-lik hissəsində davam etdirilir.

Ümumilikdə layihəyə əsasən torpaq yatağının tikintisi yekunlaşıb. Hazırda alt keçidlərin və körpülərin inşası işləri davam etdirlir. Buna paralel olaraq asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur. Qeyd edirik ki, yolun müəyyən hissələrində aşınma layının sərilməsi işləri, qalan hissədə isə əlaqələndirici asfalt-beton örtüyünün sərilməsi işləri bitib.

Ümumilikdə sözügedən hissə boyu (km 102-km130.150) 4 yol qovşağı və ötürücüsü, 2 çay körpüsü (tikintisi bitib), 15 yeraltı keçid (13 ədəd başa çatdırılıb), 13 düzbucaqlı su keçidi (12 ədəd başa çatdırılıb), 68 dairəvi suötürücü boru inşa (66 ədəd başa çatdırılıb) edilir. Layihəyə uyğun olaraq, zəruri yerlərdə 28 avtobus dayanacağı artıq quraşdırılıb.

Ümumi tikinti işlərinin yerinə yetirilmə faizi isə 95% təşkil edir.

Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan aparılır.

Uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.

Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90