Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin bir hissəsində təmir işləri aparıb.
Ulusal.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, təmir işləri küçənin Akademik Həsən Əliyev küçəsindən Təbriz küçəsinə qədər olan 850 metrlik hissəsini əhatə edib.
Ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.