image-rt-reklam
image-1backend

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin etdi

image-728x90

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Ulusal.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar sentyabrın 28-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 29-da saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90