image-2000x150
image-img-20230213-wa0033backend

Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir

image-728x90

Türkiyə cümhuriyyətinin ərazisi dünya ölkələri arasında ən çox zəlzələyə meyilli ərazilərdən biridir.Maqnitudası 7 və ondan yuxarı olan zəlzələlər “təhlükə” yaradır.Ölkənin çox hissəsi Anadolu tektonik ərazisində yerləşir və bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutmaqdadır. Ekspertlərin fikrincə, bölgənin Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyə cümhuriyyətinin ərazisi də sıxılır.Nəticədə zəlzələ və təkanların tez-tez baş verməsi özünü biruzə verir.Mütəxəssislər Türkiyə əhalisinin təxminən 60 faizinin aktiv və dağıntılı zəlzələ bölgələrində məskunlaşdığını bildirib.

Türkiyə cumhuriyetinin yerləşdiyi məkan XV əsrdən bu yana müxtəlif vaxtlarda 7 və daha yuxarı bal gücündə 25 zəlzələ ilə sarsılaraq ərazisi dağıntılara məruz qalmış və nəsillərin itgisi ilə nəticələnmişdir. Türkiyə cümhuriyyəti ərazisində 10 sentyabr 1509-cu ildə 7,2 bal gücündə “Böyük İstanbul zəlzələsi”, 23 fevral 1653-cü ildə 7,5 bal gücündə “Şərqi İzmir zəlzələsi” , 10 iyul 1688-ci ildə İstanbulda 7 bal gücündə “İzmir zəlzələsi”, 3 aprel 1881-ci ildə 7,3 bal gücündə Saqqız adasında zəlzələ, 10 sentyabr 1894-cü ildə isə 7 bal gücündə “İstanbul zəlzələsi” olub.

XIX əsrin sonu,XX əsrin əvvəllərində, daha dəqiq desək 1900-1939-cu illər arasında 7,3 bal gücündə “Mürefte zəlzələsi”, 7 bal gücündə “Ayvalık zəlzələsi” və 7,6 bal gücündə “Hakkari zəlzələsi” baş verib.1939-2018-ci illər arasında isə 7-10 bal arası gücündə 14 güclü zəlzələ baş verib.Bunlardan Ərzincan, Erbaa, Ladik, Gərədə, Yenicə, Fəthiyə, Abant, Manyas, Gediz, Muradiyə, İzmit, Düzce və Van zəlzələlərini qeyd edə bilərik.College London Universitetinin seysmologiya üzrə mütəxəssisi Stephen Hicksin bildirdiyi məlumata əsasən, 1939-cu ilin dekabrında Türkiyənin şimal-şərq hissəsində 7.8 bal gücündə baş verən güclü zəlzələ nəticəsində 30 min nəfərdən çox adam ölmüşdü. Daha dəqiq desək,1939-cu ilin 26 dekabr tarixində Türkiyənin Ərzincan vilayətində güclü yeraltı təkanlar hiss edilib. Güclü zəlzələ nəticəsində 32.962 nəfər vəfat edib, 100 min nəfər yaralanıb və 116.720 bina dağılıb. Ən çox insan tələfatı ilə nəticələnən sonuncu ağır zəlzələ 1999-cu ildə İzmitdə 7.6 bal gücündə olmuşdu. Həmin təbii fəlakət nəticəsində 17 mindən çox insan həlak olmuşdu. 2020-ci ilin yanvarında Türkiyənin şərqindəki Elazığ şəhərində baş verən 6.7 bal gücündəki zəlzələ isə 41 nəfərin həyatına son qoymuş, 1600-dən çox insan yaralanmışdı və şəhərə xeyli zərər dəymişdi.Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi 2022-ci ildə 22 mindən çox təkan qeydə alıb.

6 Fevral 2023-cü ildə baş verən zəlzələdə 19 mindən çox (19388)insan həyatını, 10 minlərlərə insan evini itirmiş və 77711 nəfər isə yaralanmışdır.Fitch reytinq agentliyi fəlakətin 4 milyard dollardan çox (təxminən 6,8 milyard manat) iqtisadi itkilərə səbəb ola biləcəyini bildirir.Bazar ertəsi səhər saatlarında, Qaziantep yaxınlığında 7.8 bal gücündə zəlzələ insanların çoxusunun yuxuda olduğu saatlarda baş verib.Bundan əlavə hazırda Türkiyə qışın ən sərt dövrünü yaşayır. Hətta digər bölgələrinə nisbətən qışda mülayim hava ilə müşahidə olunan Qaziantepdə belə qarlı hava şəraiti müşahidə olunur, bu da zəlzələ baş verən ərazilərdə həyatı daha da çətinləşdirib.Ölkənin Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) başqanı Yunus Sezer bir qədər əvvəl verdiyi açıqlamada bildirib ki, Türkiyə indiyədək “65 ölkədən kömək istəyib”.Təbii fəlakətin bölgəyə iqtisadi təsirinin də böyük olacağından ehtiyat edilir.

2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.Türkiyədə yerli mətbuat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb.6-8 Fevral tarixləri ərzində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycandan qardaş Türkiyə ərazisinə 420 nəfərlik xilasedici və 52 nəfərlik tibb heyəti göndərilib.

Zəlzələ baş verəndən bəri Azərbaycandan Türkiyəyə xilasetmə işləri üçün 725 şəxsi heyət göndərilib. O cümlədən, Azərbaycan ordusunun 41 tibb personalı da orada xidmət edir, azərbaycanlı rəsmilər açıqlayıb.Rəsmi məlumatlara görə, dağıntılar altındakı insanları tapmaq üçün 8 it göndərilib.Rəsmi Bakı bildirib ki, Azərbaycan tibbi xidmət üçün bir əsas 3 köməkçi konteynerdən ibarət tibb məntəqəsi, o cümlədən 375 sığınacaq çadırı quraşdırıb.Yunus Sezerin verdiyi məlumatlara görə ,hazırda isə AFAD-ın öz əməkdaşlarının və digər yardıma gələn axtarış-xilasetmədə çalışanların sayı 24 mini keçib. “Onlar çadır və digər ehtiyaclarla təmin olunaraq zəlzələ bölgəsinə göndərilir”.Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s, vasitəsilə habelə zərər çəkmiş əhaliyə humanitar yardım edilməsi üçün ayrılmışdır.

Türkiyənin zəlzələ bölgəsində hava limanlarının mülki uçuşlara bağlı olmasının ardından hava dəhlizinin yaradılması ilə zəlzələdən əziyyət çəkənlərə 300 min adyal çatdırılıb. 6 Fevral 2023 tarixində baş vermiş və 7.8 bal gücündə olan zəlzələ ölkənin hər yerində, eləcə də Suriya, Livan, Kipr və İsraildə də hiss edilib.hələdə dağıntılar altında qalan insanların xilası üçün var qüvvə ilə işlər gedir.Ölkədə fövqəladə vəziyyət elan edilib.Əlavə olaraq 8 fevral 2023 tarixində Bakı vaxtı ilə saat 00:05-də Türkiyənin Muş şəhərinin Bulanık rayonunda 5.4 maqnitudalı zəlzələ olub.bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Bildirilib ki, yeraltı təkanların ocağı Bulanıkdan 33 km cənub-qərbdə olub. Zəlzələnin episentri 60 km dərinlikdə olub.FHN-nin bildirdiyi məlumatlara əsasən Azərbaycandan olan xilasedicilər indiyə kimi azı 37 nəfəri dağıntılardan sağ xilas ediblər onların 8-i uşaqdır.Türkiyə cümhuriyyəti ərazisində baş verən bu təbii fəlakət həqiqətən çox acı vericidir.Bu fəlakət nəticəsində həlak olan qardaşlarımıza Allahdan rəhmət,yaxınlarına isə dərin hüzünlərlə baş sağlığı diləyirik.Allah bütün müsəlmanları qorusun.Amin!

Səmran Muradov—Azərbaycan Turizm və Menecment Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90