image-rt-reklam
image-1backend

Prezidentliyə namizəd canlı yayımda vəfat etdi -Video

image-728x90

Argentinada siyasi debatlar zamanı faciəvi bir hadisə baş verib.Ulusal.az xəbər verir ki,  66 yaşlı prezidentliyə namizəd Ernan Damiani canlı yayımda huşunu itirib.

Hadisə, ölkənin mühüm ictimai-siyasi məsələlərinin müzakirə olunduğu proqramda baş verib. Página nəşrinin məlumatına görə, Damiani öz çıxışı zamanı birdən-birə huşunu itirərək yerə yıxılıb.

İlk olaraq, Damianinin sadəcə huşunu itirdiyi bildirilmişdi, lakin sonradan həkimlər onun kəskin infarkt keçirdiyini müəyyən ediblər. Politoloq dərhal ən yaxın xəstəxanaya çatdırılıb.

Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Damiani həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin məlumatına görə, namizəd xəstəxanaya çatmadan əvvəl dünyasını dəyişib.

Misyones əyalətinin qubernatoru Uqo Paslakqua bu itki ilə bağlı dərindən kədərini bildirib. O, Damianinin möhkəm inamlarını, ictimai işlərə sadiqliyini və aktiv siyasi fəaliyyətini vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90