image-rt-reklam
image-img-20231020-wa0038backend

Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir

image-728x90

İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı Öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var
Çoxəsrlik zəngin tarixə malik olan Azərbaycan öz inkişafının müxtəlif mərhələlərində dəfələrlə xarici istilaya məruz qalmış, onun torpaqları zəbt edilmiş və parçalanmış, dövlət müstəqilliyi və suverenliyi əlindən alınmışdır. Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqı və onun tarixi torpaqları parçalanaraq Rusiya ilə İran dövlətləri arasında bölünmüşdür. Sonrakı illərdə də dəfələrlə Azərbaycana qarşı müxtəlif ərazi iddiaları qaldırılmışdır. 1905-1907-ci illərdə оlduğu kimi, ermənilər I Dünyа mühаribəsi illərində yаrаnmış şərаitdən də istifаdə edərək Qafqazın bir sırа ərаzilərində, eləcə də Nаxçıvаn qəzаsındа аzərbаycаnlılаrа qаrşı sоyqırımı siyаsətini dаvаm etdirməklə bölgəyə yiyələnmək məqsədlərini gerçəkləşdirməyə çаlışmışdılаr. 1917-ci ilin yаnvаrındаn bаşlаyаrаq bölgənin аyrı-аyrı kəndlərində аzərbаycаnlılаr ermənilər tərəfindən qətlə yetirilmişdi. 1918-1920-ci illərdə Аzərbаycаnın bu qədim guşəsi və оnun sаkinləri də bаşqа tоrpаqlаrımız kimi, erməni dаşnаklаrının düşmən siyаsətinin hədəfinə çevrilmişdi. Burdan başlayan ərazi iddiaları günümüzədək davam etməkdədir. Lakin Azərbaycan xalqının, ordusunun, rəhbərinin qüdrətindən xəbərsiz idilər. 2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra bizim döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail oldu. Bu, şübhəsiz, Ermənistanın hərbi və siyasi rəhbərini çıxılmaz vəziyyətə saldı. Bizim ordumuz öz müqəddəs dəyərləri – Vətənimiz, ortaq evimiz uğrunda döyüşürdü və bu müqəddəs mübarizədə dözüb dayandı və qalib gəldi! Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi! Biz öz nəcib xilaskar missiyamızı şərəflə yerinə yetirdik! Biz öz Vətənimizi qoruduq, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdik, Azərbaycanın səbirlə gözlədiyi Qələbəni qazandıq! Biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik. Münaqişənin dinc yolla nizamlanmasına dair danışıqlar prosesində 30 ilə yaxın iştirak etməyimiz bizim sülh tərəfdarı olmağımızın əyani göstəricisidir. Ermənistan 27 il ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərib. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar bitib-tükənmirdi. Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!

Cavad İsmayılzadə Niyaməddin oğlu, Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90