image-rt-reklam
image-1backend

Azərbaycan futbolunda nadir hadisə: 7 qol vurdu, tarixə düşdü – VİDEO

image-728x90
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.

Ulusal.az xəbər verir ki, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol vurub.

O, II Liqanın 25-ci turunda, “Kürmük Qax”la ev matçında fərqlənib. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb.

Hər iki oyunçu buna “Kəpəz”in formasında nail olub. Fazil Pərvərov 1993/1994 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) 7 dəfə fərqlənib. Üç il sonra – 1996/1997 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

Qeyd edək ki, “Füzuli” – “Kürmük Qax” qarşılşaması meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90