“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.
Ulusal.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Braqa”nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
15 fevral
00:00. “Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa, “Estadio Municipal de Braga”.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.