image-rt-reklam
image-5backend

AAYDA: Sabah “Yanar dağ”a gedən avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

image-728x90

Sentyabrın 3-də saat 06:00-dan başlayaraq Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Ulusal.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bu, həmin hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90