İş icraçısı Namiq Məmmədov aidiyyatı orqanlarla “anlaşdıqlarını” bildirir
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa edilir.
Ulusal.az xəbər verir ki, “AAAF Park” yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmamasına baxmayaraq kompleksin girişində ərazi hasarlanaraq gecə-gündüz tikinti aparılır. Hasarlanan ərazidə 24 saat aparılan tikinti işləri ərazidə yaşayan sakinlərədə narahatçılıq yaratmaqdadır. Obyektin tikildiyi ərazidə bir neçə şam ağacının gecəykən kəsildiyi iddia edilir.
Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına riayət olunmur. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.
Lakin Ulu Öndər Heydər Əliyevin sökülən poster və guşəsinin yerində aparılan tikinti sahəsində heç bir məlumatlandırma löhvəsi yoxdur. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində aparılan tikinti barədə məlumatlara rast gəlinmir.
Bu isə o anlama gəlir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan heç bir icazə alınmayıb.
Ulusal.az-ın əldə etdiyi məlumatda bildirilir ki, “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində qanunsuz inşa edilən obyekt Vüqar Sədibəyli adlı iş adamına məxsusudur. Tikintini işlərinə rəhbərlik edən Namiq Məmmədov adlı şəxs ətrafdakı sakinlərə bildirib ki, “lazımı olan yerlərlər anlaşıb tikntiyə icazəsni almışıq”.