Rusiyanın paytaxtı Moskvada yanğınsöndürmə idarəsində xidmət edən pişik Tolik “Mənim mehriban və zəruri heyvanım” beynəlxalq mükafatına namizəd olub.
Ulusal.az “RİA Novosti”yə istinadən xəbər verir ki, pişik bundan əvvəl gizir rütbəsinə layiq görülüb. Onun üçün xüsusi olaraq miniatür çiyin qayışları hazırlanıb.
Qeyd edək ki, Tolik hər gün yanğınsöndürənləri çöl səfərlərində müşayiət edir, işdən sonra onlarla görüşür və qarovulda iştirak edir. Bundan əlavə, o, qarnizonda asayişi, komandanın mənəvi-psixoloji vəziyyətini qoruyur. Beş illik “xidmət” ərzində bu pişik bölmənin əsl simvoluna çevrilib.Publika.az