image-rt-reklam
image-resizebackend

Suriyanın yeni hakimiyyəti Rusiyanı ölkədən çıxarır

image-728x90

Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsinə dair investisiya müqaviləsini ləğv edib. Bu barədə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi Suriyanın “Əl Vətən” qəzetinə məlumat verib.

“Rusiya şirkəti ilə Tartus limanına sərmayə qoyuluşu ilə bağlı imzalanmış müqavilə ləğv edilib. Limanın fəaliyyətindən əldə edilən bütün gəlirlər Suriya dövlətinin maraqları üçün istifadə olunacaq. Liman işçiləri müqavilədə göstərilən təkmilləşdirmələr olmadan şirkətin istifadə etdiyi köhnəlmiş avadanlığın bərpasına qayıdacaqlar”, – Cudi bildirib.

Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın restrukturizasiyası üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə, Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60% azaldıb.

Qurum rəsmisi qeyd edib ki, yüksək ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq işləmir.

Xatırladaq ki, Suriya 2019-cu ildə Rusiyanın “Stroytransgaz” şirkəti ilə 49 il müddətinə investisiya müqaviləsi bağlamışdı ki, bu da Rusiya tərəfinin limanı idarə etməsini və onun modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoymasını nəzərdə tuturdu.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90