Tanınmış müğənni Elnur Məmmədov Prezident İlham Əliyevin doğum günündə yeni layihəsini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, “Fateh” adlanan layihə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılan zəfərimizdən ilhamlanaraq ərsəyə gəlib:
“Hər keçən il uşaq və azyaşlılarımızın Cənab Prezident İlham Əliyevə olan sevgisini müşahidə edirəm. Azyaşlı uşaqlarımızın Zəfərimizin memarına olan sevgisini bu layihədə göstərməyə çalışmışıq. Qarabağ zəfərimiz və Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman Azərbaycan xalqı tərəfindən minnətdarlıq hissi ilə xatırlanır və bu hər zaman bele qalacaq.
Elnur Məmmədov deyib ki, klipin baş rolunda 11 yaşlı uşaq rol alıb:
“Fatehin valideynləri Prezidentin xalqımıza bəxş etdiyi Zəfərdən sonra belə bir layihə ərsəyə gəlməsini məndən istədilər.
Klipin çəkilişində baş rolda rol olan 11 yaşlı Fateh Nurulla Azərbaycan tarixinə kiçik ekskursiya edir və bu günə qədər tariximizdə iz qoyan şəxsiyyətləri xatırlayır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbəmiz azyaşlılarda Azərbaycan tarixinə başqa bir sevgi yaradıb. Uşaqlar şahid olduğu Zəfər günlərini gələcək nəsillərə çatdıracaq və Azərbaycan tarixini daha da sevdirəcəklər”.
Qeyd edək ki, “Fateh” layihəsi Azərbaycan tarixinə və bu günə qədər tariximizdə iz qoyan şəxsiyyətlərə, sərkərdərlərə həsr edilib.
Həmin klipi təqdim edirik: