image-rt-reklam
image-1backend

TÜRKPA-nı urvatsız edən deputatlar: Milli Məclisdə tradikomediya iclası…

image-728x90

Bu gün Milli Məclisdə TÜRKPA üzv parlamentlərinin Səhiyyə Komitələrinin sədrlərinin ikinci iclası işə başlayıb.

Demokrat.az xəbər verir ki, sözügedən tədbir Türk Dövlətlər Təşkilatının vasitəsi ilə türk xalqlarının əlaqələrinin və inteqrasiyasının genişlənməsi fonunda baş verir.

Tədbirin Azərbaycanda keçirilməsi isə xüsusilə təqdirəlayiq haldır və bu bir daha prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Türk Dövlətlər Təşkilatında aparıcı rolundan xəbər verir.

Tədbirin mötəbərliliyi öz yerində, amma Azərbaycandan bu tədbirdə iştirak edənlərin siyahısı adamı təəccübləndirir.

Təəccübləndirir deməyimiz bəlkə də, çox yumşaq çıxır. Çünki Azərbaycan səhiyyəsi adına təmsil olunan deputatlar Eldar Quliyevin və Heydər Əsədovun bu tədbirdə iştirakı sadəcə tradikomediyadır.

Görəsən Milli Məclisin rəhbərliyi bu iki ağsaqqal deputatı TÜRKPA üzv parlamentlərinin Səhiyyə Komitələrinin sədrlərinin ikinci iclasına dəvət etmələri ilə nə demək istəyirlər?

Axı Eldar Quliyevin və Heydər Əsədovun səhiyyə ilə hansı əlaqələri var? Onları uzaqdan-yaxından bu sahə ilə bağlayan hansısa bir “element” varmı?

Mən əminəm ki, hər iki hörmətli deputatımızın penslin haqqında belə normal anlayışları və bilgiləri yoxdur.

Məsələnin başqa bir tərəfi isə bu iki ağsaqqal deputatın türk dünyası ilə əlaqələridir. Bu günə kimi Eldar Quliyevin və Heydər Əsədovun türk dünyası ilə bağlı hər hansı əlaqələri, fəaliyyətləri və töhfələri eşidən olubmu?

Əslində bu ağsaqqalllar bəlkə də öz ana dillərində belə düşünə bilmirlər. Ən azıdan onlar ömürlərinin yarısından çoxunu rus dilində düşünüblər…

Belə olan halda deputatlar Eldar Quliyev və Heydər Əsədov TÜRKPA üzv parlamentlərinin Səhiyyə Komitələrinin sədrlərinin ikinci iclasında hansı sifətlə iştirak edirlər?

Yəni onların iştirakı belə tədbirin miqyasını və etimadını kiçik düşürmürmü?

İclasın təşkilatçıları hansı prizmadan yanaşaraq səhiyyə sisteminə aid olmayan bu iki deputatı tədbirin yuxarı başında oturdublar?

Ümumiyyətlə, Eldar Quliyev və Heydər Əsədovun bu tədbirdəki missyası nədir? Bəlkə onlar tədbirin bədii hissəsinin sponsorlarıdır?

Olsun, o zaman niyə arxa plada deyil, yuxarı başdadılar?

Belə hallar ilk dəfə deyil və yəqin ki, sonuncu da olmayacaq. Biz dəfələrlə bu kimi halların şahidi olmuşuq və əslində təkrarlanan belə hallar bizim öz işimizə nə qədər qeyri-peşəkar yanamamızın göstəricisidir.

Türk xalqlarının inteqrasiyası möhtərəm prezidentimiz İlham Əliyevin əsas diqqət mərkəzində olan geosiyasi məsələdir və dəfələrlə prezident bunu pz çıxışlarında vurğulayıb. Prezidentimizin çox önəm verdiyi məsələyə bu şəkildə yanaşma isə bəzilərinin türk birliyi ətrafında sədəcə manipuyasiya və imitasiya etməsindən xəbər verir. Bu da öz növbəsində həmin “bəzilərinin” dövlət ideologiyamıza, yumşaq desək, biganələyindən, bəlkə də təxribatından xəbər verir.

Bir daha qeyd edim ki, bu məsələ Eldar Quliyevin və Heydər Əsədovun şəxsiyyəti ilə bağlı məsələ deyil. Bu peşəkarlıq və hər şeydən əvvəl türk xalqlarının inteqtrasiyasına yanaşma məsələsidir və bu gün gördüyümüz mənzərə bir daha onu deməyə əsas verir ki, biz bu inteqrasiyaya qeyri-ciddi və hörmətsiz yanaşırıq…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90