Dövlət Gömrük Komitəsinin hesabatında verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1 081 932,85 min dollar dəyərində 1 770 234,87 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutur. Ötən il bu ölkəyə 873 398,61 min dollar 1 436 178,46 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.
Siyahıdan göründüyü kimi, hesabat dövründə 25 ölkəyə 14 437 355,99 min dollarlıq 23 596 132,23 ton neft ixrac edilib.
Azərbaycanın ötən il neft ixrac etdiyi ölkələrin siyahısını (statistik dəyəri və həcminə görə) təqdim edirik:
Ölkələr | Miqdar (ton) | Statistik dəyər | |
№ | Cəmi | 23 596 132.23 | 14 437 355.99 |
1. | İtaliya | 10 950 355.57 | 6 754 416.21 |
2. | Çexiya | 1 770 234.87 | 1 081 932.85 |
3. | Xorvatiya | 1 436 178.46 | 873 398.61 |
4. | Hindistan | 1 168 876.01 | 729 796.92 |
5. | Almaniya | 1 164 752.04 | 726 014.74 |
6. | İsrail | 1 173 002.75 | 713 268.03 |
7. | Portuqaliya | 1 005 213.63 | 631 169.31 |
8. | Rumıniya | 750 196.86 | 437 801.43 |
9. | Böyük Britaniya | 659 515.53 | 396 129.55 |
10. | Tunis | 446 158.56 | 279 670.09 |
11. | Tailand | 376 876.12 | 234 238.66 |
12. | Türkiyə | 430 522.14 | 232 411.46 |
13. | Yunanıstan | 368 732.32 | 224 266.99 |
14. | İndoneziya | 310 833.01 | 178 463.01 |
15. | Serbiya | 241 179.61 | 151 905.17 |
16. | İspaniya | 250 395.80 | 142 979.29 |
17. | İrlandiya | 236 571.80 | 139 774.63 |
18. | Niderland | 168 985.69 | 106 838.99 |
19. | Fransa | 152 571.03 | 88 203.85 |
20. | Uruqvay | 138 719.62 | 85 099.83 |
21. | Vyetnam | 138 495.13 | 77 885.77 |
22. | Polşa | 90 150.50 | 57 363.56 |
23. | Avstriya | 85 868.91 | 47 903.69 |
24. | Bolqarıstan | 80 853.09 | 45 989.25 |
25. | Özbəkistan | 893.20 | 434.0 |