image-rt-reklam
image-1backend

Bu lombardın meneceri həbs edildi- Özünə kreditlər ayırıb- TƏFƏRRÜAT

image-728x90

“GL” Açıq Səhmdar Cəmiyyətinin (ASC) meneceri məhkəmə zalında həbs edilib. Buna səbəb menecerin öz çalışdığı müəssisədə rəsmi sənədləri saxtalaşdırması olub.

Ulusal.az  xəbər verir ki, ASC bank olmayan kredit təşkilatıdır. ASC-nin Bakıda və bölgələrdə lombard kreditləri təklif edən bir neçə filialı var.

ASC-nin Şabran filialının meneceri olmuş Bəhram Orucəliyev ayrı-ayrı şəxslərin adına kredit rəsmiləşdirərək şəxsi ehtiyaclarına xərcləyib.

O, tanışlarının guya lombarda qızıl-zinət əşyaları qoyması ilə bağlı rəsmi sənədləri saxtalaşdırıb. Özündə olan qızıl-zinət əşyalarının fotosunu kredit sənədlərinin içərisinə yerləşdirərək baş ofisə göndərib. Sonra da onların adına ayrılan kreditləri şəxsən özü götürüb. Bununla da çalışdığı müəssisəyə 14 min manat maddi ziyan vurub.

O, bunun səbəbini son zamanlar maddi vəziyyətinin yaxşı olamaması ilə izah edib. Deyib ki, özünə kreditə ev alıb və ödənişini edə bilməyib. Buna görə də borclanıb.

ASC-nin baş ofisi araşdırma aparan zaman B.Orucəliyevin kreditlərin rəsmiləşdirildiyi tarixdə girov qoyulmuş qızılların çəkisi və növü barədə girova qoyulmuş qızıl aktlarına yalan məlumatlar daxil edilməklə adıçəkilən müştərilərə əsassız lombard krediti verildiyini müəyyən edib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

B.Orucəliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıq edilib.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90