image-rt-reklam
image-1backend

Rusiyada azərbaycanlılar saxlanılıblar: 1.7 milyon manatlıq mallar müsadirə edildi

image-728x90
“Rusiyada cinayətkar qruplaşma aşkar edilib, Azərbaycan vətəndaşı olan altı nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar qruplaşma uzun müddət markalanmamış tütün və spirtli içkilərin satışı ilə məşğul olub”.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından TASS-a xəbər verilib.

“Saxta məhsullar Tver şəhərində və vilayətin bir neçə rayonunda satılıb”, – deyə agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməliyyatı Tverdə Komintern küçəsi və Tsanov bulvarındakı anbarlarda keçirilib. 100 milyon rubl (1,7 milyon manat) dəyərində məhsul müsadirə edilib. Müsadirə edilənlər arasında araq, viski, konyak, tekila qutuları var.

Bildirilir ki, saxta məhsulların satışı ilə bağlı cinayət işi açılıb. Müsadirə edilmiş məhsulların vətəndaşların sağlamlığına zərər dərəcəsi müəyyənləşdirilir. (Oxu.Az)

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90