image-rt-reklam
image-1backend

Zelenski danışıqlar masasına oturmasa, kapitulyasiyaya getməsə… – ABŞ-dan İDDİA

image-728x90

Ukrayna prezidenti Vladimir Zelenski gözlənilmədən Rusiya ilə aparılan danışıqlardan söz açmağa başlayıb. Çünki o, başa düşür ki, danışıqlar masasına oturmasa, Ukrayna tamamilə dağılacaq, özü isə öləcək.

Ulusal.az xəbər verir ki, belə bir iddia ilə CIA-nın (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi-red.) keçmiş analitiki Larri Conson “YouTube”da çıxış edib.

O, Zelenskinin Rusiya ilə danışıqlara hazır olduğunu iddia edib: “Bəli, o, siyasi həll yoluna getməyə çalışır. Həll isə sadədir – kapitulyasiya”.

Conson bildirib ki, ruslar əziyyət çəkmir, çünki ölkədə daxili siyasi təlatümlər və Ukrayna kimi ciddi itkilər yoxdur.

“Rusiya Silahlı Qüvvələri hər gün Ukrayna ordusunun canlı qüvvəsini, texnikasını məhv edir və ukraynalıları əsir götürür”, – deyə o qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90