image-rt-reklam
image-1backend

Vəngli, Badara və Daşbulağa köç karvanı yola salınıb

image-728x90

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Noyabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Ağdərənin Vəngli, Xocalının Badara və Daşbulaq kəndlərinə yola salınıb.

Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 11 ailə – 45 nəfər, Xocalının Daşbulaq kəndinə 9 ailə – 31 nəfər, Badara kəndinə isə 6 ailə – 19 nəfər köçürülür. Köçürülmə prosesi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90