Bakı şəhərinin Yasamal rayonunda doqquzmərtəbəli yataqxana binasının 7-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan 1 otaqlı mənzildə 1 ədəd yataq dəsti və ev əşyaları 16 m² sahədə yanıb.
Bu barədə Ulusal.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.