“Azəriqaz” İstehsalat Birliyinin (İB) növbəti “Açıq mikrofon” aksiyası Xaçmazda baş tutub.
İB-dən Ulusal.az-a bildirilib ki, aksiyaya rayonun Qələbə küçəsindən üz tutan Şəfiqə Fətullayeva və Pərcahan İsmayılova fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Üçgünqışlaq kənd sakinləri Elvin Fətəliyev və Rövşən Bədəlov, həmçinin Müşviq kənd sakini Veysəl Məmmədov və Uzunoba kənd sakini Məhsim Hacıyev yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciət ünvanlayıblar.
Aksiyada səsləndirilən hər bir müraciət Birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.