image-rt-reklam
image-1backend

Türkiyədə şok olay: eks-nazirin oğlu nənəsini öldürdü

image-728x90

Türkiyədə sabiq maliyyə naziri Abdüllatif Şenerin oğlu nənəsini girov götürərək qətlə yetirib.

Ulusal.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Bedirhan Şener Ankarada yaşadıqları evdə nənəsi Leyla Çetinerlə mübahisə edib və onu girov götürüb. Bu zaman eks-nazir küçəyə çıxaraq polisə məlumat verib.

Hadisə yerinə xeyli sayda polis və tibb briqadası göndərilib. Amma o, nənəsini silahla vuraraq öldürüb.

Bedirhan Şener hadisədən sonra saxlanılıb.

70 yaşlı Abdüllatif Şener insidentdən sonra açıqlamasında bildirib ki, oğlunun psixoloji problemləri var: “O, qarşısındakı şəxsin nənəsi olduğunu bilmədən atəş açıb. Çox kədərliyik, dəhşətli hadisədir”.

Qeyd edək ki, A. Şener 1996-1997-ci illərdə Türkiyənin maliyyə naziri vəzifəsini icra edib. O, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) 19, 20, 21, 22 və 27-ci çağırış deputatı olub. Bundan başqa, 2002-2007-ci illərdə Baş nazirin müavini vəzifəsində çalışıb.

Ailəlidir, 4 övladı var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90