Turistik Diyarbəkir ekspres qatarı “Time” jurnalının ilk 100-lüyündə yer aldı.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, turizm Diyarbakır ekspres qatarı “Time” jurnalının maraqlı, yeni və həyəcanverici təcrübələr təqdim edən destinasiyaların yer aldığı “2024-cü ildə dünyanın 100 ən böyük yeri” siyahısına daxil olub.
Jurnalda ekskursiya üçün “Yeni ekskursiya qatarı xidməti geniş Anadolu çöllərindən və Türkiyənin şərq dağlarından mədəniyyətin beşiyi kimi tanınan Mesopotamiyanın şimal düzənliklərinə qədər sərnişin aparır, tarixi və mədəni sərvətlər haqqında məlumat verir.
Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu səyahət edənlər üçün alternativ olaraq istifadəyə verdikləri turistik Diyarbakır ekspres qatarının 1051 kilometrlik Ankara-Diyarbəkir yolundakı 180 nəfərlik yataq və yeməkli vaqonlarla 19 aprel-16 iyun tarixləri arasında etdiyi 8 səfərdə 729 sərnişinə unudulmaz anlar bəxş etdiklərini söyləyib.