ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra Türkiyənin onun tələbi ilə Rusiyadan neft alışını dayandıra biləcəyinə inandığını bildirib. Bu barədə CNN xəbər verib.
“İnanıram ki, bunu dayandıracaq”, – Tramp deyib.
Türkiyənin hazırda alması qadağan edilən Amerika F-35 qırıcıları üçün müqavilə bağlayıb-bağlamayacağı ilə bağlı suala Tramp belə cavab verib: “İstəsəm bunu asanlıqla edə bilərdim. Onun bizim üçün bir şey edəyindən asılıdır”.
Daha əvvəl Ərdoğanla görüşü zamanı Tramp Türkiyənin Rusiyadan neft almasını dayandıracağına ümid etdiyini bildirib.
Tramp deyib: “Mən istərdim ki, Rusiya Ukraynaya qarşı qəzəbini davam etdirərkən və onlar müharibə vəziyyətində olduğu bir vaxtda Türkiyə Rusiya neftini almasını dayandırsın”. “Onlar artıq milyonlarla həyat məhv ediblər, nə üçün, bilirsiniz nə üçün? Ayıbdır”.
Tramp Türkiyə Prezidentini və onun qurduğu hərbi gücü tərifləməyə davam edib.