ABŞ lideri postu uğrunda mübarizədə ABŞ-ın keçmiş prezidenti Donald Trampa dəstək səviyyəsi 14 əsas ştatda hazırkı lider Co Baydendən daha yüksək olub.
Ulusal.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İyunun 27-də Baydenin Trampa qarşı uğursuz debatından sonra 15 min ABŞ vətəndaşı arasında aparılan sorğular göstərdi ki, hazırkı prezident hətta 2020-ci ilin son seçkilərində qalib gəldiyi ştatlarda da rəqibinə uduzmağa başlayıb.
Əsas ştatlara Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin daxildir. Baydenin reytinqi Kolorado, Minnesota, Men, Nyu Meksiko, Virciniya və Nyu-Hempşirdə də aşağı düşüb.