image-rt-reklam
image-1backend

Təyyarədə qadınlar arasında yumruq davası: Trampın kepkasına görə

image-728x90

Londonun Hitrou hava limanında “British Airways”ə məxsus təyyarədə iki qadın arasında Donald Trampın kepkasına görə mübahisə yarandıqdan sonra həmin sərnişinlər təyyarədən endirilib.

Ulusal.az xəbər verir ki, hadisə 40 və 60 yaşlı iki qadın Texasa getmək üçün təyyarəyə minməyə hazırlaşarkən birinin digərindən “Make America Great Again” (Maga) yazılı kepkasını çıxarmasını istəməsi ilə başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, bu tələb kabinədə gərginliyə səbəb olub və yumruq davası ilə nəticələnib. Saat 12:10-da havaya qalxması planlaşdırılan reys insident səbəbindən təxminən iki saat gecikib və 14:11-də gerçəkləşib.

Təyyarənin kapitanı polisdən kömək istəyib və onlar qadınları təyyarədən endirib.

Bildirilib ki, ABŞ-da prezident seçkilərinin yaxınlaşması ilə artan siyasi gərginlik aviaşirkətin ekipajlarını təyyarədə mümkün münaqişələrə qarşı ehtiyatlı olmağa təşviq edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90